Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

20.06.2025 - 14:38

cedabet dərman SEO Xidməti

Bakıda 32, bölgələrdə 36 dərəcə isti gözlənilir

İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək, axşama doğru arabir güclənəcək.

Gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz, atmosfer təzyiqi isə 756 millimetr civə sütunu təşkil edəcək.

Əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 18-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı proqnozlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş