Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

24.06.2024 - 14:30

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 35, bölgələrdə 37 dərəcə isti gözlənilir

Azərbaycanda iyunun 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında havanın qısamüddətli tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Rayonlarda hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Müəllif: Ayna.az