Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

07.01.2024 - 14:47

Bakıda 12, rayonlarda 19 dərəcə isti olacaq

Yanvarın 8-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş