Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

26.12.2023 - 13:16

Bakıda və rayonlarda 17 dərəcə isti olacaq

Dekabrın 27-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənəcək.

Gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi axşam arabir güclənəcək. Gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş