Bakıda və rayonlarda yağış yağacaq
Azərbaycanda noyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Gecə 9-11 dərəcə isti, günün birinci yarısında 11-13 dərəcə isti, günün ikinci yarısında 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.