Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

16.08.2021 - 13:11

Bakıda 35 dərəcə isti olacaq

 

Avqustun 17-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 23-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25 isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

 

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.

Müəllif: Ayna.az