Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

01.03.2021 - 13:12

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək

 

Martın 2-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif çiskin olacaq, mülayim şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5,  gündüz  6-9, Bakıda gecə 3-5,  gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət  gecə 70-80 faiz təşkil edəcək. 

 

Rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 2-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş