Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

25.08.2020 - 13:47

cedabet dərman SEO Xidməti

Bakıda  28 dərəcə isti olacaq

 

Avqustun 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20,  gündüz 25-28, Bakıda  gecə 17-19, gündüz  26-28 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

 

26 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 15-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə  isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş