Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

23.08.2020 - 14:15

cedabet dərman SEO Xidməti

Bakıda hava əsasən yağmursuz keçəcək

 

Azərbaycanda 24 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Departamentindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20,  gündüz 23-26, Bakıda  gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 762 mm  civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.  Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 22-23 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 16-19, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 11-15  dərəcə  isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş