Bakıda və bölgələrdə hava yağmursuz keçəcək
Avqustun 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Gecə 24-27, gündüz 32-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 21-26, gündüz 33-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.