Dağlıq ərazilərdə qar yağacaq
Azərbaycanda noyabrın 11-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacağı, axşam isə ayrı-ayrı yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 8-11° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% olacaq.
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 6-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti olacaq.