Bakıda 9, rayonlarda 10 dərəcə isti gözlənilir
Fevralın 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Gecə 1-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.