Sabahın hava proqnozu

Xəbərlər

12.12.2021 - 13:52

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi şərq rayonlarında intensiv yağış yağacağı proqnozlaşdırılır

Azərbaycanda dekabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Rayonların bəzi yerlərində arabir yağış yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 8-12° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 4-9° isti olacağı bildirilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş