Sabahın hava proqnozu

Xəbərlər

08.11.2021 - 13:25

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 17 dərəcə isti olacaq

Azərbaycanda noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş