Sabaha gözlənilən xəbər

Xəbərlər

06.03.2020 - 13:30

Həkimlər Klinikalar SEO Xidməti

Gecə və səhər bəzi yerlərdə duman olacaq

 

Bakıda və Abşeron yarımadasında martın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-8, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş