Sabaha gözlənilən hava: Bəzi rayonlarda yağış yağacaq

Xəbərlər

02.05.2020 - 15:41

cedabet Klinikalar SEO Xidməti

Bakıda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir

 

Mayın 3-ə ölkə ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq, şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 12-15, gündüz  19-24, Bakıda gecə 12-14, gündüz  21-23 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək. 

 

Mayın 3-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş