Sabah temperatur 41 dərəcəyə yüksələcək

Xəbərlər

20.07.2020 - 14:11

cedabet dərman SEO Xidməti

Abşeron yarımadasında günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir

 

Sabah Azərbaycanda müşahidə olunan hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 21-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan aşağı - 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 16-21, gündüz 23-28 dərəcə  isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 21-də Abşeron yarımadasında isti temperatur diskomfortu və günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş