Ödənişlər vətəndaşların bank hesablarına köçürüləcək
Oktyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. AYNA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Qeyd edilib ki, ödənişlər müvafiq olaraq vətəndaşların bank hesablarına köçürüləcək.