Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək

Xəbərlər

20.08.2025 - 15:57

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

AYNA.AZ xəbər verir ki, bu barədə DSMF-dən bildirilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş