Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Xəbərlər

29.03.2024 - 21:19

Hava ilə bağlı xəbərdarlıq edilib

Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq. AYNA xəbər verir ki, bu barədə Milli Hidrometeologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.

 

Qeyd edilib ki, martın 30-da Abşeron yarımadasında atmosfer təzyiqinin tərəddüdü fonunda səhər arabir güclənən gilavar küləyinin axşam xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Müəllif: Ayna.az