Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

Xəbərlər

02.11.2020 - 13:16

cedabet dərman SEO Xidməti

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb

 

Azərbaycanda noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 20-24, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş