Sabah hava dəyişkən buludlu olacaq - <font color=red> PROQNOZ</font>

Xəbərlər

03.05.2020 - 12:28

cedabet Klinikalar SEO Xidməti

Gecə və səhər saatlarında duman olacaq

 

 

Mayın 4-də gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.

 

Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  gecə 13-16° isti, gündüz  19-24° isti, Bakıda  gecə 12-14° isti, gündüz  21-23° isti olacaq.

 

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərin bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 10-15° isti, gündüz  24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz  13-18°  isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş