Sabah direktorların işə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

Xəbərlər

24.02.2021 - 11:54

İmtahanda fevralın 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər

 

Fevralın 25-də direktor vəzifəsinə işə qəbul üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, imtahanda fevralın 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər.

 

Xatırladaq ki, fevralın 19-da keçirilən sınaq imtahanında 1955 namizəd iştirak edib. Həmin namizədlər şəxsi səhifələrindən “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq “İmtahanlar” bölməsindən doğru və ya səhv cavablandırdıqları suallarla tanış ola bilərlər.

Müəllif: Ayna.az