Sabah dağlıq ərazilərdə qar yağacaq

Xəbərlər

25.11.2021 - 13:51

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Noyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək.

Rayonlarda arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş