Sabah dağlarda 3 dərəcə şaxta olacaq

Xəbərlər

11.12.2020 - 13:09

Həkimlər Klinikalar SEO Xidməti

Dekabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb

 

Azərbaycanda dekabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, dekabrın 12-də Bakıda və Abşeron yarımadasında arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət  70-80 faiz  təşkil edəcək.

 

Dekabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağıntılı, ayrı-ayrı  yerlərdə isə duman olacağı  gözlənilir. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 1-4,  gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz  0-3 dərəcə şaxta olacaq. 

 

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş