Sabah Bakıda 38 dərəcə isti olacaq

Xəbərlər

07.07.2020 - 14:39

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

 

Azərbaycanda iyulun 8-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26°, gündüz 35-39° isti, Bakıda gecə 23-25°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-39°, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı ehtimal edilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, arabir durğun hava şəraiti və gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Müəllif: Ayna.az