Sabah Bakıda 32 dərəcə isti olacaq

Xəbərlər

24.06.2020 - 14:34

cedabet dərman SEO Xidməti

İyunun 25-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb

 

İyunun 25-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, 25 iyunda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz  28-33, Bakıda  gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz  35-40 faiz təşkil edəcək.  

 

Abşeron çimərliklərində gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək. 

 

25 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında   şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 20-25, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 25-26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş