Sabah 5 min abonent qazsız qalacaq

Xəbərlər

13.08.2025 - 14:45

Saray körpüsünün ətrafı genişləndirilir

Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən beş min abonentə təbii qazın verilişində fasilə yaranacaq.

AYNA.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstimarı Sahəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 14-ü saat 10:00-dan etibarən, "Saray bağları" massivi, "Qurd dərəsi" və 52-ci məhəllə ərazilərində yaşayan beş minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş