Sabah 38 dərəcə isti olacaq

Xəbərlər

04.06.2024 - 14:06

cedabet dərman SEO Xidməti

İyunun 5-də gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda iyunun 5-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Gecə 19-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-50 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21°, bəzi yerlərdə 26° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş