Sabah 30 dərəcə isti olacaq

Xəbərlər

26.06.2025 - 16:29

cedabet dərman SEO Xidməti

İyunun 27-də gözlənilən hava şəraiti açıqlanıb

İyunun 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24° isti təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş