Rusiyanın Ukraynada itkilərinin sayı 193 770-ə çatıb

Dünya

06.05.2023 - 12:31

Rusiyanın canlı qüvvə itkisinin sayı açıqlanıb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 193 770 hərbçisi məhv edilib.

AYNA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 717 tank, 7 238 zirehli maşın, 2 554 operativ-taktiki PUA, 2 992 artilleriya sistemi, 306 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 936 avtomobil və tanker, 375 xüsusi texnikadan ibarətdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş