Rusiyanın Qara dənizdə iki tankeri qəzalı vəziyyətə düşüb, ölən var

Dünya

15.12.2024 - 17:35

Həkimlər Klinikalar SEO Xidməti

Kerç boğazında, sahildən 8 km uzaqlıqda qəzaya uğrayan "Volqoneft-212" tankerinin heyət üzvləri təxliyə edilib.

AYNA-nın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 13 heyət üzvü təxliyə olunub, onlardan biri həyatını itirib.

***

Rusiyanın Qara dənizdə iki tankerinin qəzaya uğraması nəticəsində neft sızması baş verib.

Bu barədə “Rosmorreçflot” məlumat yayıb.

Qeyd edilib ki, qəzaya uğrayan tankerlərdə ümumilikdə 29 heyət üzvü var. Qəzaya uğramış tankerlərlə bağlı xilasetmə əməliyyatıarı üçün yedək gəmiləri və helikopterlər göndərilib, təxliyyə davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş