Həlak olanların sayı 26-ya çatıb: onlardan üçü uşaqdır
İyulun 31-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
AYNA.AZ xəbər verir ki, bu barədə “RBK-Ukrayna” ölkənin Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, ölənlərdən üçü uşaqdır.
Qeyd edək ki, Rusiya ordusu iyulun 31-ə keçən gecə PUA-larla Kiyevə hücum edib. Ukrayna paytaxtına havadan zərbələr endirilib.