Rusiyanın hücumları dayanmır: Kiyevdə Hökumət binası vurulub

Dünya

07.09.2025 - 10:05

Baş nazir: “Dünya bu terrora sözlə reaksiya verməməli, hərəkətə keçməlidir”

Rusiya ordusu Ukraynaya növbəti dəfə kütləvi hücum edib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, hücumda taktiki PUA-lar və raketlərdən istifadə olunub. Zərbə endirilən şəhərlər arasında paytaxt Kiyev, Odessa, Zaporoje, Xarkov, Kremençuk, Krivoy Roq var.

Dnepropetrovsk hərbi administrasiyasının rəhbəri Sergey Lısak mediaya açıqlamasında deyib ki, Krivoy Roqda xəsarət alan üç kişidən biri ağır vəziyyətdədir: “Nikopol bölgəsində terror axşam saatlarından başlayıb. Rayon mərkəzləri, Pokrovska, Marqanets və Mirovsk bölgələrində güclü partlayışlar eşidilib. Nəticədə 54 yaşlı kişi ölüb, daha bir 64 yaşlı yerli sakin xəsarət alıb”.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko isə xəsarət alanların sayının 15-dən çox olduğunu qeyd edib.

Yerli televiziya kanallarının məlumatına görə, bu gün rekord sayda, təxminən 700 ədəd “Geran-2” dronlarından istifadə olunması ehtimal edilir.

Kiyevə 4 ədəd 9M728 “İskəndər-K” qanadlı raketlə zərbə endirilib, hadisə yerində güclü yanğın olub. PUA-nın düşməsi nəticəsində Ukrayna Hökumət binasında yanğın baş verib.

Krıvoy Roqda “Geran-2” PUA-ları və “İskəndər” raketləri ilə kütləvi hücum baş verib. Şəhərdə elektrik enerjisində kəsintilər baş verib. Daha sonra 8 “İskəndər” raketi ilə yenidən zərbə endirilib.

Kremençukda Dnepr üzərindəki körpüyə təxminən 20 zərbə, həmçinin Svetlovodsk su anbarı bölgəsinə zərbələr qeydə alınıb.

Odessada PUA-lar strateji obyektləri, o cümlədən limanı vurub. “Şkolnıy” hava limanında partlayışlar barədə xəbər verib.

Zaporojyedə Abrasiv kombinatın yaxınlığında bir neçə partlayış olub. Kimya sənayesi müəssisəsinə zərbə endirilib. Dnepropetrovsk və ətrafı, Xarkov, Kiyev bölgəsində də partlayış səsləri eşidilib.

“Sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya növbəti kütləvi hücuma keçib. Bir sıra şəhər - Kiyev, Odessa, Dnepr, Krivoy Roq və digərləri atəşə tutulub”. Bu sözləri Ukraynanın Baş naziri Yuliya Svırıdenko deyib. Bildiribn ki, genişmiqyaslı müharibə başlayandan bəri ilk dəfə hücum nəticəsində Hökumət binası zədələnib: "Dam və yuxarı mərtəbələr zərər görüb. Xilasedicilər yanğını söndürüblər. Onlara təşəkkür edirəm. Biz binaları bərpa edəcəyik, amma itirilmiş insanları geri qaytarmaq mümkün deyil. Düşmən hər gün ölkə daxilində insanlarımıza qarşı terror edir və insanlarımız qətlə yetirir", -  Baş nazir “Telegram”da yazıb.

Svırıdenko vurğulayıb ki, dünya bu terrora sözlə reaksiya verməməli, hərəkətə keçməlidir: “Xüsusən də Rusiyaya, onun qazına və neftinə qarşı sanksiyaların gücləndirilməsi lazımdır. Və ən əsası, Ukraynanın silaha ehtiyacı var. Bu, terroru dayandıracaq və Rusiyanın hər gün ukraynalıları öldürməyə cəhd etməsinə mane olacaq silaha".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş