“Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa mənfi təsir göstərir”
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, səfir Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr aparmaq üçün Moskvaya dəvət olunub.
“Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa mənfi təsir göstərir. Bu proses Avrasiya İqtisadi İttifaqı daxilində qarşılıqlı fəaliyyətə zərər vurur”, - deyə qeyd olunub.