Rusiyadan Azərbaycan və Ermənistana çağırış edilib

Xəbərlər

17.11.2021 - 19:27

Həkimlər Klinikalar SEO Xidməti

Rəsmi Moskva sərhədin delimitasiyasına başlamağa çağırır

“Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir”.

AYNA-nın  “Report”a istinadən xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

 “Son hadisələr Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” – deyə o bildirib.

“Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Ermənistanla təmasdadır” – deyə Kreml rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş