Qəza nəticəsində 2 nəfər ölüb
Rusiyanın Nenets Muxtar Dairəsində göyərtəsində sərnişinlərin olduğu "An-2" təyyarəsi qəzaya uğrayıb.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisəyə səbəb əlverişsiz hava şəraiti, o cümlədən buzlaşma olub.
Qəza nəticəsində 2 nəfər ölüb. Məlumata görə, təyyarədə 2-si ekipaj üzvü olmaqla ümumilikdə 12 nəfər olub.
Təyyarə sərt eniş edib.