“Sklyar vəzifəsindən getdikdən sonra onun maliyyə problemləri yaranmağa başlayıb və bu da ailədə mübahisələrə səbəb olub”
Rusiyanın əmək nazirinin keçmiş müavini Aleksey Sklyar intihar edib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, sabiq məmurun meyiti yanvarın 15-də Yeni Moskvanın Filimonkovskoye qəsəbəsindəki şəxsi evində aşkarlanıb.
“Mash” “Telegram” kanalının məlumatına görə, intihar edən Sklyar bu yaxınlarda ikinci dəfə evlənibmiş.
Kanal xəbər verib ki, onun ikinci həyat yoldaşı 33 yaşlı Alina M.-dir. Onlar 2023-cü ildən bəri birlikdədirlər.
“Sklyar vəzifəsindən getdikdən sonra onun maliyyə problemləri yaranmağa başlayıb və bu da ailədə mübahisələrə səbəb olub”, - deyə məlumatda vurğulanıb.