Rusiyada neft emalı zavodunda yanğın

Dünya

15.12.2022 - 11:03

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində iki nəfər ölüb

Rusiyanın Anqarsk şəhərində neft emalı zavodunda yanğın baş verib. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2,5 min kvadratmetr sahədə baş verən yanğın nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Yanğının başvermə səbəbi barədə məlumat verilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş