Rusiyada miqrantlarla bağlı yeni qanun hazırlanır

Dünya

12.09.2024 - 17:46

Həkimlər Klinikalar SEO Xidməti

Miqrantlara ailələrini özləri ilə gətirmək qadağan ediləcək

Rusiya Parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin bildirib ki, Dövlət Duması miqrant işçilərin ailələrini özləri ilə Rusiyaya gətirməsini qadağan edən qanun layihəsi hazırlayır. Bu barədə AYNA rus mediasına istinadən bildirir.

“Özü işə gələn şəxs özü ilə ailə üzvlərini gətirə bilməz. İndi biz bu yanaşmanı federal qanun şəklində həyata keçirməyə çalışırıq”, - deyə Volodin “Rossiya 24” dövlət telekanalına müsahibəsində bildirib.

Spiker həmçinin əlavə edib ki, bu təşəbbüs deputatların əksəriyyəti tərəfindən dəstəklənəcək.

Volodinin fikrincə, miqrantların ailələrinin və qohumlarının Rusiyaya köçməsi “problemlər yaradır”, ona görə də əcnəbilər ölkəyə işləmək üçün gəlməlidirlər, “başqa məqsədlər üçün” yox.

Volodin həmçinin Rusiyaya işləmək üçün gələn əcnəbilərin rus dilini bilməsinin, yerli adət-ənənələrə hörmət etməsinin və qanunlara riayət etməsinin vacibliyini qeyd edib: “Biz indi qanunvericiliyə dəyişikliklər qəbul etmişik. Pozulduğu halda, belə bir miqrant dərhal ölkədən çıxarılır”, - Dövlət Dumasının spikeri xatırladıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş