Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Rusiyada son sutka ərzində daha 32 958 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
AYNA-nın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 551 657 nəfərə çatıb.
Son sutka ərzində 495 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 364 058 nəfərə çatıb.