Rusiya Yaponiyanın təhdidlərinə qarşı tədbirlər görəcək

Dünya

09.05.2024 - 13:35

Səfir: “Moskva müntəzəm olaraq Tokioya xəbərdarlıq edir ki...”

“Rusiya Uzaq Şərq sərhədləri yaxınlığında Yaponiya-Amerika manevrlərinin intensivləşməsini diqqətlə izləyir”. AYNA xəbər verir ki, bu sözləri “RİA Novosti”yə Rusiya Federasiyasının Yaponiyadakı səfiri Nikolay Nozdrev deyib.

Diplomatın sözlərinə görə, Moskva müntəzəm olaraq Tokioya xəbərdarlıq edir ki, hərbi təhdidlərin qarşısını almaq üçün əks tədbirlər görməyə məcbur olacaq.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Yaponiyanın nüvə təhlükəsi ilə bağlı bəyanatlarını “utanc və biabırçılıq” adlandırmışdı.

Eyni zamanda, Yaponiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Mitsuko Şino təşkilatın Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında Xirosima və Naqasakidə baş verən partlayışları xatırladıb. O, Tokionun Rusiyadan qaynaqlandığı iddia edilən nüvə təhlükəsi ilə bağlı narahatlığına diqqət çəkib.

Müəllif: Ayna.az