Sergey Lavrov: “Bu, müasir dünya düzəninin bütün sisteminin dağıdılmasına çıxara bilər”
Rusiya Yaponiyanın remilitarizasiyasından narahatdır. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz bu ölkənin remilitarizasiyasından ciddi şəkildə narahatıq... Bu, ümumiyyətlə, müasir dünya düzəninin bütün sisteminin dağıdılmasına, onun qaydalara əsaslanan eyni nizamla əvəzlənməsinə gətirib çıxara bilər”, - deyə nazir vurğulayıb.
Bundan əvvəl Yaponiyanın yeni Baş naziri Şiqeru İşiba ABŞ və tərəfdaşlarla müttəfiqliyin gücləndirilməsinin tərəfdarı olduğunu bildirmişdi.