Rusiya XİN başçısı yenə Ermənistan və Azərbaycana vasitəçilik təklif edib

Aktual

21.05.2025 - 13:46

Həkimlər Klinikalar SEO Xidməti

“Moskva İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır”

“Moskva İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.

Lavrovun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər kompleksini bunun üçün möhkəm əsas hesab edərir və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə səmimiyyətlə çalışır.

“Həm kommunikasiyaların blokdan çıxarılması məsələsində, həm Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, həm də bütün tərəflərin maraqları nəzərə alınmaqla humanitar məsələlərin həllində həmişə bizim dəstəyimizə arxalana bilərsiniz”, - deyə nazir vurğulayıb.

Moskva həmçinin Cənubi Qafqaz ölkələrini və onların yaxın qonşularını birləşdirən “3+3” platformasında regional əməkdaşlığın inkişaf etdirilməsi üçün əhəmiyyətli potensial gördüyünü söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş