Rusiya Xarkovdakı polis binasını vurub, 40 nəfər yaralanıb

Dünya

02.11.2024 - 01:04

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərindəki polis binasına zərbə endirməsi nəticəsində bir nəfər ölüb, 40 nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə Ukrayna polisi məlumat yayıb.

“Saat 22:00-a olan məlumata görə, şəhərə raket hücumu nəticəsində bir polis ölüb, daha 30 polis əməkdaşı, bir xilasedici və 9 mülki şəxs yaralanıb”, – məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, polis məntəqəsi S-400 raketləri ilə vurulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş