Rusiya və İndoneziya ilk böyük dəniz təlimlərini keçirəcək

Dünya

19.10.2024 - 16:28

Həkimlər Klinikalar SEO Xidməti

Təlimlərin iki ildə bir dəfə keçirilməsi nəzərdə tutulur

Rusiya və İndoneziya bu ilin noyabrında ilk böyük dəniz təlimlərini keçirəcək.

AYNA xəbər verir ki, bu barədə Rusiyanın İndoneziyadakı səfiri Sergey Tolçenov TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, noyabrda Rusiya Sakit Okean Donanmasının bir qrup gəmisi Surabaya limanına dostluq səfəri edəcək. Bu səfərlə birlikdə Rusiya və İndoneziya ilk irimiqyaslı dəniz təlimləri keçiriləcək.

Səfir qeyd edib ki, gələcəkdə bu təlimlər müəyyən aralıqlarla, məsələn, iki ildə bir dəfə keçirilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş