Rusiya və Fransa liderləri arasında telefon danışığı olub

Dünya

04.02.2022 - 02:52

Həkimlər Klinikalar SEO Xidməti

Telefon danışığı zamanı bir sıra məsələlər müzakirə olunub

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyət və Rusiyanın təhlükəsizliyi üçün uzunmüddətli hüquqi zəmanətlərin işlənib hazırlanması təşəbbüsü ilə bağlı məsələlər davam etdirilib.

Liderlər bir sıra beynəlxalq tərəfdaşlarla son təmaslar haqqında müzakirə aparıb.

Vladimir Putin yenidən Kiyev rəhbərliyinin Minsk razılaşmalarına zidd olan təxribat xarakterli bəyanatlarına və hərəkətlərinə diqqət çəkib. Gələcək şəxsi təmaslar barədə razılıq əldə olunub.

Qeyd edək ki, Rusiya və Fransa Prezidentləri bundan öncə yanvarın 28-i və 31-də telefonla danışıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş