Rusiya və Belarus birgə təyyarə istehsalına başlayacaq

Dünya

29.01.2024 - 15:02

cedabet dərman SEO Xidməti

2026-cı ilə qədər ilk birgə ikimühərrikli 19 yerlik təyyarənin istehsalı planlaşdırılır

Rusiya və Belarus birgə təyyarə istehsalına başlayacaq. AYNA xəbər verir ki, bu barədə Belarusun Baş nazirinin müavini Viktor Parxomçik “Belarus 1” telekanalına müsahibəsində deyib.

Söhbət ikimühərrikli 19 yerlik təyyarələrin istehsalından gedir. İstehsal Belarus ərazisində aparılacaq, tikinti işləri isə Rusiya tərəfindən maliyyələşdiriləcək. İlk iki belə təyyarənin 2026-cı ilə qədər istehsalı planlaşdırılır.

"2030-cu ilə qədər istehsal etməli olduğumuz təyyarələrin minimum sayı 85-100-dür. Əgər vəzifələrimizi uğurla yerinə yetirsək, onların sayı daha çox ola bilər", - Parxomçik vurğulayıb.

Baş nazirin müavini əlavə edib ki, ölkələr Baranaviçidə təyyarə zavodunun inkişafı üzrə biznes planını da təsdiqləyiblər. Layihə çərçivəsində 20 min kvadratmetr istehsal sahəsi tikiləcək və 100-ə yaxın çox mürəkkəb avadanlıq alınacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş