Rusiya və Azərbaycan liderləri Düşənbədə görüşüblər FOTOLAR

Xəbərlər

09.10.2025 - 16:13

Dmitri Peskov: “Tərəflər görüşün nəticələrinə optimist yanaşırlar”

Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bundan əvvəl Kremldən görüşlə bağlı açıqlama verilmişdi.

"Rusiya Prezidenti Vladimir Putinin Tacikistana dövlət səfəri çərçivəsində gündəlik çox genişdir və bu səfərin önəmli mövzularından biri Rusiya-Azərbaycan münasibətləridir”. Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bildirib ki, artıq razılaşma əldə olunub və iki prezident Düşənbədə görüşsün: “Tərəflər görüşün nəticələrinə optimist yanaşırlar və liderlərin hazırkı ikitərəfli münasibətləri və mövcud problemləri müzakirə etməsi gözlənilir".

Kreml rəsmisinin sözlərinə görə, 7 oktyabrda baş tutan Putin-Əliyev telefon söhbəti “yaxşı, pozitiv və konstruktiv” olub və gələcək görüşün təşkili də həmin danışıq zamanı razılaşdırılıb.

Peskov əlavə edib ki, görüş zamanı prezidentlər Rusiya-Azərbaycan əlaqələrinin cari vəziyyətini qiymətləndirəcək və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

Rusiya və Azərbaycan liderləri Düşənbədə görüşüblər Rusiya və Azərbaycan liderləri Düşənbədə görüşüblər Rusiya və Azərbaycan liderləri Düşənbədə görüşüblər Rusiya və Azərbaycan liderləri Düşənbədə görüşüblər Rusiya və Azərbaycan liderləri Düşənbədə görüşüblər Rusiya və Azərbaycan liderləri Düşənbədə görüşüblər Rusiya və Azərbaycan liderləri Düşənbədə görüşüblər Rusiya və Azərbaycan liderləri Düşənbədə görüşüblər
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş