"Mən bəzi ABŞ rəsmiləri və Trampın komandasının üzvləri ilə mümkün məhbus mübadiləsi ilə bağlı görüşdüm"
Rusiya və ABŞ məhbus mübadiləsinin mümkünlüyünü müzakirə edirlər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.
"Mən bəzi ABŞ rəsmiləri və Prezident Donald Trampın komandasının üzvləri ilə humanitar xarakterli bir neçə məsələ, məsələn, Amerika tərəfinin üzərində işlədiyi mümkün məhbus mübadiləsi ilə bağlı görüşdüm", - deyə Dmitriyev bildirib.
Mediada yayılan məlumatlara görə, Dmitriyev bu ideyanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və digər administrasiya rəsmiləri ilə müzakirə edib. Lakin nə Dmitriyev, nə də ABŞ administrasiyasının rəsmiləri mübadilədə hər iki tərəfdən hansı məhbusların iştirak edə biləcəyini açıqlamayıblar.